"Daha çox azarkeşin olmasını istəyirəm"

"Daha çox azarkeşin olmasını istəyirəm"
Futbol
12 İyun 2021 - 20:31



Avro-2020-nin qrup mərhələsinin Bakıda keçirilən Uels - İsveçrə oyunundan (1:1) sonra yığma komandaların baş məşqçiləri fikirlərini bölüşüb. 

İsveçrə millisinin 58 yaşlı əsas çalışdırıcısı Vladimir Petkoviç oyun haqda belə danışıb.


"Hesabı açsaq da, şansımızdan istifadə edə bilmədik. Rəqib daha çox riks edirdi. Bu matçda qalib gəlmək istəyirdik. Ancaq görüş heç-heçə başa çatdı. Şanslardan istifadə edə bilmədik. Avropa çempionatında zəif rəqib yoxdur. Növbəti matçlarda daha çox xal qazanmağa çalışmalıyıq".


Petkoviç çətin qrupda düşdüklərini sözərinə əlavə edib:

"İtaliyaya qarşı növbəti oyunumuzu gözləyirik. Rəqibdən qorxmamalıyıq. Bu, tamamilə fərqli qarşılaşma olacaq".

Uels millisinin baş məşqçisi Robert Peyc açıqlamasında deyib:

"Matça yaxşı başladıq. Qol vurduğumuza görə sevinirəm və göstərdikləri oyuna görə futbolçulara minnətdaram.

Azarkeşlərin himni oxuduğunu eşitdim. Biz qol vuranda da fanatlar əla idilər. Təbii ki, daha çox azarkeşin stadionda olmasını istəyirəm".

Anar Cəfərov


Digər xəbərlər