Samboçularımızdan uğurlu nəticə

Samboçularımızdan uğurlu nəticə
Digər, Sambo
28 May 2021 - 10:00
Kiprin Limasol şəhərində keçirilən sambo üzrə gənclər arasında Avropa birinciliyində Azərbaycan komandası uğurla çıxış edib.

Supersport.Az xəbər verir ki, yarışda komandamızın heyətində Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Ağani Məmmədov (79 kq), Adil Adilzadə (88 kq) və Toğrul Salmanov (+98 kq) mübarizə aparıblar.

Toğrul Salmanov turnirdə bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Nicat Məmmədli (58 kq) gümüş, Elvin Bağırov (64 kq) bürünc medallara sahib olublar.

Millimiz komanda hesabında üçüncü yeri tutub.

Digər xəbərlər