Azad Rəhimov dəfn edildi

Azad Rəhimov dəfn edildi
Futbol
02 May 2021 - 16:36
Supersport.Az-ın məlumatına görə, mərhum gənclər və idman naziri Azad Rəhimov Bakıda II Fəxri Xiyabanda dəfn olunub.

Pandemiya səbəbindən məhdud çərçivədə təşkil olunmuş mərasimdə nazirlik və Milli Olimpiya Komitəsinin rəsmiləri, mərhumun yaxınları və ailə üzvləri iştirak edib.

Qeyd edək ki, aprelin 30-da ömrünün 57-ci ilində vəfat edən Azad Rəhimov yanvar ayından ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu.

 

Digər xəbərlər