“FİFA, UEFA futbolçuları öldürür”

“FİFA, UEFA futbolçuları öldürür”
Futbol
06 Aprel 2021 - 15:28



Supersport.Az-ın məlumatına görə, "Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola 2020/2021-ci il mövsümünün təqvimində sıxlıq haqda açıqlama verib.

"Oyunçular insandır, maşın deyillər. Bilirəm ki, bəzi futbolçular hər matçda iştirak etməyəndə məyus olurlar, ancaq bu mümkün deyil. Əlbəttə, onlar oynaya bilərlər, lakin hər bir insanın istirahətə ehtiyacı var. UEFA və FIFA futbolçuları öldürür, təqvim həddindən artıq yüklənib”, - deyə 50 yaşlı ispan mütəxəssis bildirib.

X.Qvardiola deyib ki, mövsüm başlayandan istirahət etmək üçün bir həftələri belə olmayıb:

"İstər zehni, istərsə də fiziki cəhətdən tərtib olunan bu təqvimə tab gətirə biləcək oyunçu yoxdur. Bu, mümkün deyil”.

Qeyd edək ki, "Mançester Siti” premyer liqada 74 xalla birincidir. İngiltərə klubu bu gün Dortmund "Borusiya”sı ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçına çıxacaq.






Digər xəbərlər