"Barselona"da köhnə-yeni prezident - Foto

"Barselona"da köhnə-yeni prezident - Foto
Futbol, Foto
08 Mart 2021 - 21:52
"Barselona"nın yeni rəhbəri məlumdur.
Supersport.Az xəbər verir ki, ötən gün keçirilən səsvermədə Joan Laporta klubun prezidenti seçilib. O, ümumi səslərin 54,28 faizini toplamaqla əsas rəqiblərini üstələyib. Viktor Font 29,99, Antoni Freyşa isə 8,58 faiz səs yığa bilib.

Beləliklə, Joan Laporta 4-cü dəfə "Barselona"nın prezidenti seçilib. O, daha əvvəl 2003-2010-cu illərdə Kataloniya klubuna rəhbərlik edib və böyük uğurlar qazanıb.

Laporta bu postda ötən il oktyabrın sonlarında istefa vermiş Xosep Mariya Bartomeunu əvəzləyib.

 

Digər xəbərlər