Qurban Qurbanovdan futbolçularına məsləhət

Qurban Qurbanovdan futbolçularına məsləhət
Futbol
25 Fevral 2021 - 23:19
"Qələbə bizim üçün çox vacib idi. Amma komandadakı istək məni daha çox sevindirir.

Bəzi epizodlarda tələsirdik. Bu istəyi qoruyub saxlamaq lazımdır. Çalışmalıyıq ki, bütün komponentlərə diqqət yetirək".

Supersport.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Səbail"i 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, son vaxtlar rəqib komandalarda aqressiya hiss edilir:

"Aftandil Hacıyevə uğurlar arzulayıram. Çox kompakt və istəkli komandası var. Öz futbolçularım bu gün çox əziyyət çəkdi. İnanıram ki, bu istək davam edəcək".

Digər xəbərlər