Messidən yeni rekord

Messidən yeni rekord
Futbol
23 Fevral 2021 - 00:25

Lionel Messi yeni rekorda imza atıb.


Supersport.Az xəbər verir ki, La Liqanın 24-cü turunda "Kadis"lə matçda iştirak edən "Barselona"nın kapitanı yerli çempionatda 506-cı oyununu keçirib. Bu, klub üçün ən yaxşı göstərici hesab edilir. Beləliklə, 33 yaşlı argentinalı oyunçu komandanın sabiq futbolçusu Xavinin rekordunu qırıb.

Messi 506 oyunda 460 qol vurub, 186 effektli ötürmə verib. Ulduz futbolçu bu sezon isə 30 rəsmi matçda 21 dəfə rəqib qapılarına yol tapıb.

Digər xəbərlər