Çempionlar Liqası finalında azarkeşlər olacaq

Çempionlar Liqası finalında azarkeşlər olacaq
Futbol
19 Fevral 2021 - 15:09
Bu mövsüm Çempionlar Liqasının final matçına azarkeşlər buraxıla bilər.

Supersport.Az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Mayın 29-u İstanbulda keçiriləcək həlledici matçda Atatürk Olimpiya Stadionunun 50 faizinə azarkeşlərin buraxılacağı iddia olunub. Bildirilib ki, hazırda bununla bağlı Türkiyə Futbol Federasiyası, UEFA və Türkiyə hökuməti arasında danışıqlar davam edir. Tərəflər finalda stadionun 50 faizinin doldurulmasının tərəfdarıdır. Ancaq ən pis variantda bu rəqəmin 30 faiz ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, hazırda koronavirus səbəbindən matçlara azarkeşlər buraxılmır.

Digər xəbərlər