"Bayern" ikiqat dünya çempionu oldu

"Bayern" ikiqat dünya çempionu oldu
Futbol
12 Fevral 2021 - 08:30
Qətərdə keçirilən klublararası dünya çempionatına yekun vurulub.

Supersport.Az xəbər verir ki, finalda Almaniyanın "Bayern" və Meksikanın "Tiqres" komandaları üz-üzə gəlib. "Edukeyşn Siti" stadionunda baş tutan qarşılaşma Münhen klubunun minimal hesablı qələbəsi ilə başa çatıb.

Avropa təmsilçisi tarixində 2-ci dəfə dünya çempionluğunu qazanıb.

Braziliya "Palmeyras"ını məğlub edən Misirin "Əl-Əhli" klubu turnirin bürünc medallarına sahib çıxıb.

"Bayern" - "Tiqres" - 1:0

Qol: Benjamin Pavar, 61

Digər xəbərlər