Azərbaycan Premyer Liqasında 16-cı turun oyun cədvəli

Azərbaycan Premyer Liqasında 16-cı turun oyun cədvəli
Futbol
11 Fevral 2021 - 19:42
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb.

Supersport.Az xəbər verir ki, matçlar iki günü əhatə edəcək.

Tura fevralın 19-da “Səbail” – “Sabah” görüşü ilə start veriləcək. Həmin gün “Sumqayıt” “"Qarabağ"ı qəbul edəcək.

Növbəti gün “Keşlə” – “Zirə” və “Neftçi” – “Qəbələ” görüşləri keçiriləcək.

19 fevral (cümə)

16:00. “Səbail” – “Sabah”
“ASCO Arena”

18:00. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”

20 fevral (şənbə)

16:00. “Keşlə” – “Zirə”
ASK Arena”

18:00. “Neftçi” – “Qəbələ”
“Bakcell Arena”

Digər xəbərlər