"Sabah" Visente Qomesi göndərib Tərlan Əhmədovu gətirə bilər

"Sabah" Visente Qomesi göndərib Tərlan Əhmədovu gətirə bilər
Futbol, Eksklüziv
04 Fevral 2021 - 10:23
Supersport.Az-ın əldə etdiyi xəbərə görə, premyer liqada uğursuz çıxış edən "Sabah" ispan baş məşqçisi Visente Qomesi istefaya göndərmək ərəfəsindədir.

Klubun yerli mütəxəssis Tərlan Əhmədovla danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, "Sabah" premyer liqada 14 turun ardından 13 xalla 8 komanda sırasında son pilləni tutur. Paytaxt klubu ölkə kubokunun 1/8 final mərhələsində birinci divizion təmsilçisi "Kəpəz"ə məğlub olmaqla yarışdan kənarda qalıb.

Digər xəbərlər