Yunis Hüseynovun istefası qəbul olundu

Yunis Hüseynovun istefası qəbul olundu
Futbol
24 Yanvar 2021 - 15:19
"Keşlə" komandasının baş məşqçisi Yunis Hüseynov bu gün istefa ərizəsini rəhbərliyə təqdim edib.

Supersport.Az xəbər verir ki, keçirilən görüşdən sonra Hüseynovun bu qərarı qəbul olunub. Məsələ burasındadır ki, "Keşlə" qarşıdakı turda səfərdə "Qəbələ"yə qalib gəlməyəcəyi təqdirdə, baş məşqçisiylə yolları ayıracaqdı. Yunis Hüseynov yenidən uğursuzluqla üzləşəcəyindən ehtiyatlanaraq, istefa verməyi üstün tutub.

55 yaşlı mütəxəssis "Keşlə" Futbol Klubunun İdarə Heyətinin sədri Zaur Axundova təşəkkür edib, kluba uğurlar arzulayıb.

Rəhbərlik də öz növbəsində Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Yunis Hüseynov "Keşlə"yə 2020-ci ilin avqustunda baş məşqçi təyin olunmuşdu.

Xatırladaq ki, klubun məşqçiylə yollarını ayıracağı xəbərini ilk olaraq Supersport.Az yaymışdı.

Digər xəbərlər