Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Moskva SSKA-sında çalışacaq.
Supersport.Az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
Kramarenkonun əsas komandada qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcəyi bildirilir. O, bugündən komandanın İspaniyadakı təlim-məşq toplanışına da qatılıb.
Kramarenko 2002-2003-cü illərdə SSKA-da forma geyinib. O, karyerasını başa vurduqdan sonra klubun akademiyasında çalışıb. 2020-ci ildən isə Kramarenko Azərbaycan millisində qapıçılarla iş üzrə məşqçi kimi fəaliyyət göstərib.
SSKA-nın saytında mütəxəssis haqda müsbət fikirlərə yer verilib:
“46 yaşlı mütəxəssis, futbolçu kimi böyük təcrübəyə malikdir. Azərbaycan yığmasında 33 oyunda yüksək səviyyədə çıxış edib. 2002-ci ildə SSKA-da üç oyun keçirib.
Azərbaycan millisinin məşqçilər üzrə çalışdırıcısı əvvəlcə “Qəbələ”, “Neftçi”və SSKA-nın akademiyasında çalışıb.
Xoş gəldin, Dmitri Sergeyeviç!”