“Qarabağ”ın “Zirə”ylə üç hissəli oyununda 6 qol

“Qarabağ”ın “Zirə”ylə üç hissəli oyununda 6 qol
Futbol
14 Yanvar 2021 - 18:27
Supersport.Az xəbər verir ki, “Qarabağ” “Zirə” ilə yoxlama matçında qüvvəsini sınayıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma 16:00-da başlayıb.

“Qarabağ”dan fərqli olaraq, bakılılar qış fasiləsində ikinci oyununu keçirib. “Zirə” ilk yoxlama matçında “Sumqayıt”a 2:3 hesabı ilə uduzub.

Ağdam klubunun Bakı komandasıyla oyununda qalib müəyyənləşməyib - 3:3. Matç 120 dəqiqədən (45-30-45) ibarət olub.

“Qarabağ” Premyer Liqanın turnir cədvəlində 23 xalla 2-ci, “Zirə” isə 20 xalla 3-cüdür.

Yoxlama oyunu

14 yanvar

16:00. "Qarabağ" - "Zirə" 3-3

Qollar: Filip Ozobiç 51, Mahir Emreli 61, Abdullah Zubir 66 - Kleziu Bauk 4, 41, Taşkın 95.

Tofiq Bəhramov adına Respublika stadionu

Digər xəbərlər