AFFA-nın konfransının vaxtı məlum oldu

AFFA-nın konfransının vaxtı məlum oldu
Futbol
11 Yanvar 2021 - 18:54
AFFA-nın növbəti Konfransının vaxtı açıqlanıb.

Supersport.Az xəbər verir ki, tədbir yanvarın 29-da keçiriləcək. COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınaraq, AFFA İcraiyyə Komitəsinin 24 dekabr 2020-ci il tarixli iclasında qəbul olunmuş müvafiq qərara əsasən, videokonfrans formatında baş tutacaq.

Konfrans saat 11:00-da başlayacaq.

Digər xəbərlər