“Qarabağ”ın veteran futbolçusunun ailəsində ikinci ölüm

“Qarabağ”ın veteran futbolçusunun ailəsində ikinci ölüm
Futbol
02 Yanvar 2021 - 19:42
Supersport.Az-ın məlumatına görə, koronavirusdan həyatla vidalaşan veteran futbolçu Elbrus Abbasovun həyat yoldaşı Gülnar Abbasova da vəfat edib.

O, dünən eyni xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Elbrus Abbasov dekabrın 14-də vəfat edib. Son vaxtlaradək Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Abbasov AFFA nümayəndəsi kimi oyunlara təyinat alıb. "Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının sabiq hücumçusu işğaldan azad olunmuş Ağdam şəhərində noyabrın 28-də səfərdə olub. Koronavirus xəstəliyi üzə çıxdıqdan sonra Ağdam klubunun keçmiş baş məşqçisi E.Abbasov elə doğma rayonunda müalicə olunub. Vəziyyəti pisləşdiyi üçün veteran futbolçu Bakıya gətirilərək "Yeni klinika"ya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Digər xəbərlər