AFFA-da əcnəbi rəhbər mütəxəssisləri kənarlaşdırıb

AFFA-da əcnəbi rəhbər mütəxəssisləri kənarlaşdırıb
Futbol, Eksklüziv
25 Dekabr 2020 - 00:27
Supersport.Az-ın əldə etdiyi məlumata görə, AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuxlik bəzi futbol mütəxəssislərinə sərt addım atıb.

Avstriyalı funksioner əvvəlcə aparıcı mütəxəssis Şahin Cəfərovu qurumdan kənarlaşdırıb. Buna səbəb uzun illər AFFA-da çalışan hakim-inspektor Cəfərovun işinə ciddi yanaşmaması və özünə aid olmayan məsələlərə qarışması göstərilib. O, bu mövsüm heç bir oyuna təyinat almayıb.

Araşdırmamıza əsasən, FİFA-nın keçmiş referisi Fariz Yusifov da "qara siyahı"ya salınıb. Bu mövsüm premyer liqanın bir oyununa hakim-inspektor təyin olunan mütəxəssis, qalan matçlardan kənarda saxlanılıb.

Stuxlikin uzaqlaşdırdığı digər futbol adamı Ruhulla Kərimovdur. Bəzi qarşılaşmalara təyinat alan hakim-inspektor, iki aydır oyundankənar vəziyyətə salınıb. Kərimov yeni mövsüm premyer liqanın 1, birinci divizionun 2 matçında olub.

 

 
   

Digər xəbərlər