"Qarabağ" braziliyalı futbolçunu almaq istəyir

"Qarabağ" braziliyalı futbolçunu almaq istəyir
Futbol
06 Oktyabr 2020 - 20:53
Birləşmiş Ərəb Əmirliklərinun "Xor Fakkan" klubunun futbolçusu Bruno Lamas "Qarabağ"dan təklif alıb.

Supersport.Az xəbər verir ki, bu barədə  26 yaşlı yarımmüdafiəçi "Vavel" nəşrinə açıqlamasında bildirib.
Braziliyalı oyunçu Azərbaycan təmsilçisi ilə yanaşı ölkəsinin "Fluminense", "Vasko da Qama" və digər ölkələrin klublarının da onunla maraqlandıqlarını söyləyib. Daha əvvəl Portuqaliya "Leyşoynş"unda oynayan futbolçu gələcəkdə Avropaya qayıda biləcəyini də istisna etməyib.

Qeyd edək ki, B.Lamasın hazırkı klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

Digər xəbərlər