Azərbaycan - Kipr oyununun keçiriləcəyi ölkə

Azərbaycan - Kipr oyununun keçiriləcəyi ölkə
Futbol
06 Oktyabr 2020 - 20:32
Millətlər Liqasının 4-cü turunun Azərbaycan - Kipr oyununun hazırda Qarabağda gedən müharibə səbəbindən Bakıda keçirilməyəcəyi dəqiqləşib.

Supersport.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, oyun Albaniyanın Elbasan şəhər stadionunda təşkil olunacaq.

Oktyabrın 13-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılırdı. Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı səbəbindən matç başqa ölkəyə keçirilib.

Digər xəbərlər