"Qarabağ" milyonlar qazandı

"Qarabağ" milyonlar qazandı
Futbol
04 Oktyabr 2020 - 15:51
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə yüksəldiyi üçün qazancı məlum olub.

Supersport.Az xəbər verir ki, Azərbaycan çempionu daha 2,92 milyon avro gəlir əldə edib.

Qrupda mübarizə aparan 48 klubdan hər biri nəticələrdən asılı olmayaraq bu məbləği qazanıb.

Çempionlar Liqasında III mərhələyə kimi irəliləməklə "Qarabağ" 1,7 milyon avroya sahib çıxıb.

Ağdam təmsilçisinin ümumi mükafatı 4,62 milyon avrodur (9 milyon 170 min 700 manat).

Digər xəbərlər