"Qarabağ" asan rəqib deyil"

"Qarabağ" asan rəqib deyil"
Futbol
02 Oktyabr 2020 - 18:23
"Qrupumuz yaxşı görünür. İnşallah, bu qrupdan çıxacağıq. Ancaq asan rəqiblər deyil".

Supersport.Az xəbər verir ki, Avopa Liqasında "Qarabağ"la bir qrupa düşən "Sivasspor"un baş məşqçisi Rza Çalımbay belə deyib.

Türkiyəli mütəxəssis yerli mətbuata açıqlamasında "Qarabağ"ın güclü komanda olduğunu bildirib:

"Vilyarreal"ın adını çəkmirəm, onsuz da hamı tanıyır. "Qarabağ" və "Makkabi" də güclü komandadır. Heyətimizi Avropa Liqasına uyğun qurmuşuq. Biz bu qrupdan çıxaracağıq".

Xatırladaq ki, bu gün atılan püşkün nəticəsinə əsasən "Qarabağ" I qrupunda "Vilyarreal" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail) və "Sivasspor" (Türkiyə) ilə mübarizə aparacaq.

Digər xəbərlər