“Molde”nin şansı azaldı - Video

“Molde”nin şansı azaldı - Video
Futbol
24 Sentyabr 2020 - 01:00

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb.


Supersport.Az xəbər verir ki, daha 3 oyun keçirilib. Üçüncü təsnifat mərhələsində "Qarabağ"a qalib  gələrək (əsas və əlavə vaxt - 0:0, penaltilər seriyası 6:5) pley-offa yüksələn "Molde" "Ferensvaroş"u qəbul edib. Qalibin müəyyənləşmədiyi oyunda qapılara 6 qol vurulub.


 



"Dinamo" səfərdə "Gent"i məğlub edib.

”Omoniya" "Olimpiakos"a uduzub.
Mövsümdə ilk dəfə cütlərin qalibi iki oyunun nəticəsinə əsasən bəlli olacaq. Bu mərhələnin cavab oyunları sentyabrın 29-30-da keçiriləcək.


23 sentyabr

Çempionlar Liqası

Pley-off, ilk oyunlar

23:00. “Gent” (Belçika) - “Dinamo” (Ukrayna) - 1:2


Qollar: Kleyndienst, 41 - Supriyaqa, 9, de Pena, 79

23:00. “Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan) - 3:3


Qollar: Ceyms, 55, Eykrem, 65, Ellinqsen, 83 - Boli, 7, Uzuni, 52, Xaratin, 87

23:00. “Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr) - 2:0


Qollar: Valbuena, 69 (pen.), əl-Arabi, 90+2

22 sentyabr

23:00. “Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan) - 2:1

23:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Zalsburq” (Avstriya) - 1:2

23:00. “Slaviya” (Praqa, Çexiya) - “Midtülland” (Danimarka) - 0:0

Digər xəbərlər