Namiq Abdullayev millinin baş məşqçisi oldu

Namiq Abdullayev millinin baş məşqçisi oldu
Digər, Güləş
21 Sentyabr 2020 - 21:37
Supersport.Az-ın məlumatına görə, bu gün Azərbaycan Güləş Federasiyasının ofisində iclas keçirilib.

AGF-nin prezident əvəzi Namiq Əliyevin rəhbərliyi altında baş tutan iclasda mühüm qərarlar qəbul edilib. Belə ki, olimpiya çempionu Namiq Abdullayev sərbəst güləş üzrə yığmamıza baş məşqçi vəzifəsinə təyin olunub. Millimizdə Zəlimxan Hüseynov böyük məşqçi, Arif Abdullayev isə məşqçi kimi fəaliyyətini davam etdirəcək. Məşqçilər korpusu komandanı dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi planlaşdırılan dünya çempionatına, gələn il baş tutacaq Olimpiadaya lisenziya xarakteri daşıyan təsnifat turnirlərinə və başqa yarışlara hazırlaşdıracaq.

Bundan başqa çimərlik güləşi üzrə yığmanı formalaşdırmaq və yarışlara hazırlaşdırmaq məqsədilə çimərlik güləşi üzrə dünya çempionu Oyan Nəzəriani yeni yaradılan komandaya baş məşqçi vəzifəsinə təyin olunub.

Sonda AGF-nin vitse-prezidenti Elçin Cəfərov hər iki məşqçini təbrik edib və onlara işlərində uğurlar arzulayıb.

Digər xəbərlər