Fatih Terim: “Neftçi”ylə oyunda səhv istəmirəm”

Fatih Terim: “Neftçi”ylə oyunda səhv istəmirəm”
Futbol
16 Sentyabr 2020 - 13:43
Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray"ın baş məşqçisi Fatih Terim oyun haqda fikirlərini bildirib.

Supersport.Az xəbər verir ki, Türkiyə klubunun çalışdırıcısı yerli mətbuata qısa açıqlamasında "ağ-qaralar"la oyuna çox ciddi yanaşdıqlarını deyib:

“Neftçi”yə yuxarıdan aşağı baxmaq olmaz. Bakıya qələbə dalınca gedirik. Bu oyunun sığortası yoxdur. Səhvləri bağışlanmayacaq bir 90 dəqiqə oynayacağıq. Rəqib mərhələnin bir oyundan ibarət olmasını fürsət kimi görəcək. Bu oyunda səhv istəmirəm".

Xatırladaq ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da başlanacaq. İstanbul təmsilçisi Bakıya bu gün gəlir.

Digər xəbərlər