“Qarabağ”dan Türkiyə klubuna getdi

“Qarabağ”dan Türkiyə klubuna getdi
Futbol
15 Sentyabr 2020 - 23:40
“Qarabağ”dan ayrılandan sonra klubsuz qalan Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin yeni komandası rəsmən müəyyənləşib.


Supersport.Az xəbər verir ki, millimizin üzvü Türkiyənin 1-ci Liqa təmsilçisi “Boluspor”a transfer olunub.


Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.


Xatırladaq ki, Araz Abdullayev daha öncə Yunanıstanda “Panionios” və “Anortosis” klublarında legioner həyatı yaşayıb.

Digər xəbərlər