"Qarabağ"ın Kipr proqramı

"Qarabağ"ın Kipr proqramı
Futbol, Eksklüziv
15 Sentyabr 2020 - 09:20
Çempionlar Liqasının III təsnifat mərhələsində “Molde”ni Kiprdə qəbul edəcək “Qarabağ”ın səfər proqramı məlum olub.

Supersport.Az xəbər verir ki, Azərbaycanın səkkizqat çempionu bu gün Kiprə yola düşəcək.

Komanda birbaşa oyunun keçiriləcəyi Larnaka şəhərinə gedəcək. Uçuş vaxtı saat 11:30-a nəzərdə tutulub. Azərbaycan çempionunun 3 saat sonra Kiprə çatacağı gözlənilir.

Təmsilçimiz Bakı vaxtıyla saat 20:30-da Kiprdə oyunun keçiriləcəyi “AEK Arena”da məşqə çıxacaq.

Püşkün nəticəsinə əsasən, qarşılaşmanın əvvəlcə Bakıda oynanılması nəzərdə tutulsa da, sonradan UEFA haqsız olaraq matçı neytral meydana təyin edib.

“Qarabağ” – “Molde” qarşılaşması sentyabrın 16-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matç Norveç hökumətinin Azərbaycandan qayıdacaq “Molde” futbolçularına 10 günlük karantin tətbiq etməsi səbəbindən Bakıda yox, neytral ölkə kimi Kiprdə keçiriləcək.

“Qarabağ” oyun başa çatdıqdan sonra ölkəmizə dönəcək.

 

Digər xəbərlər