UEFA Millətlər Liqasında 2-ci turun oyunlarına start verilib.
Supersport.Az xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə 10 qarşılaşma oynanılıb.
İlk turda İspaniya ilə 1:1 hesablı heç-heçəyə razılaşan Almaniya yığması A Liqasının 4-cü qrupunda İsveçrənin qonağı olub və bu dəfə də qələbə qazana bilməyib. Görüş 1:1 hesabı ilə başa çatıb. İspaniya isə Ukraynaya 4:0 hesabı ilə qalib gəlib.
B Liqasının 3-cü qrupunda gözlənilmədən Macarıstana uduzan Türkiyə yığması səfərdə Serbiya ilə üz-üzə gəlib və qolsuz bərabərə qalıb.
6 sentyabr
UEFA Millətlər Liqası
II tur
A Liqası
4-cü qrup
22:45. İspaniya – Ukrayna – 4:0
Qollar: Serxio Ramos, 2-pen, 29, Ansu Fati, 32, Ferran Torres
22:45. İsveçrə – Almaniya – 1:1
Qollar: Silvan Vidmer, 58 – İlkay Gündoğan, 14
B Liqası
3-cü qrup
20:00. Macarıstan – Rusiya – 2:3
Qollar: Roland Şallai, 62, Nemanya Nikoliç, 70 – Anton Mirançuk, 15, Maqomed Ozdoyev, 34, Mario Fernandes 47
22:45. Serbiya – Türkiyə – 0:0
4-cü qrup
17:00. Uels – Bolqarıstan – 1:0
Qol: Neko Uilyams, 90+5
20:00. İrlandiya – Finlandiya – 0:1
Qol: Fredrik Yensen, 64
C Liqası
3-cü qrup
20:00. Sloveniya – Moldova – 1:0
Qol: Damyan Bohar, 28
22:45. Kosovo – Yunanıstan – 1:2
Qollar: Berişa 83 –Dimitris Limnios, 2, Dmitrios Siovas, 51
D Liqası
1-ci qrup
17:00. Andorra – Farer adaları – 0:1
Qol: Klemint Olsen, 32
22:45. Malta – Latviya – 1:1
Qollar: Kirian Nvoko, 15 – Mettyu Vilomye, 25-avtoqol