Azərbaycan Premyer Liqasında püşk: “Qarabağ” - “Sabah” - Foto

Azərbaycan Premyer Liqasında püşk: “Qarabağ” - “Sabah” - Foto
Futbol, Foto
12 Avqust 2020 - 15:19
Supersport.Az-ın məlumatına görə, bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi təşkil olunub.

AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev, Texniki-İdman departamentinin rəhbəri Elgiz Abbasov və futbol veteranı, idman şərhçisi, AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov iştirak ediblər.

Püşkatmada yeni mövsümün ilk turunda qarşılaşacaq komandalar müəyyənləşib.

Klub və KİV nümayəndələri üçün qapalı olub.

Premyer Liqada yeni mövsümdə də 8 komanda – “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Sabah”, “Səbail” və “Qəbələ” mübarizə aparacaq.

İlk turu 21 avqustda başlayacaq yeni mövsümün startında üz-üzə gələcək komandalar:

21 avqust

"Neftçi" - "Səbail"

"Sumqayıt" - "Keşlə"

"Qarabağ" - "Sabah"

"Qəbələ" - "Zirə"

Digər xəbərlər