"Qarabağ" - "Sileks": stadion, vaxt açıqlandı

"Qarabağ" - "Sileks": stadion, vaxt açıqlandı
Futbol
10 Avqust 2020 - 19:58
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın Şimali Makedoniyanın "Sileks" klubu ilə oyunun vaxtı müəyyənləşib.

Supersport.Az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat saat 20:00-da başlayacaq.
Xatırladaq ki, mərhələ bir oyundan ibarət olacaq. Turu keçən komanda 2-ci mərhələdə "Şerif" (Moldova) - "Fola" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

Digər xəbərlər