Klublarımızın Avroliqada rəqibləri azaldı

Klublarımızın Avroliqada rəqibləri azaldı
Futbol
10 Avqust 2020 - 00:40
Avropa Liqasında təmsilçilərimizdən "Neftçi"ylə "Keşlə"nin 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.


Supersport.Az xəbər verir ki, bu klublarımız Şimali Makedoniyanın "Şkupi", Albaniyanın "Laçi" və Gürcüstanın "Dinamo" (Batumi) komandalarından biri ilə üzləşəcək. Paytaxt təmsilçiləri səpələnmişlər səbətində yer aldıqları üçün nisbətən aşağı reytinqli komandalarla qarşılaşacaqlar.


Səpələnməmişlər səbətindəki "Sumqayıt"a isə Rumıniyanın "Universitatya Krayova", Qazaxıstanın "Kayrat", Şimali Makedoniyanın "Şkendiya" və Serbiyanın "Baçka Topola" klublarından biri rəqib düşəcək.


Qeyd edək ki, klublarımızın rəqibləri bu gün keçiriləcək püşkatma mərasimindən sonra məlum olacaq.

Digər xəbərlər