Azərbaycan Premyer Liqasının başlanması sual altına düşdü

Azərbaycan Premyer Liqasının başlanması sual altına düşdü
Futbol
03 Avqust 2020 - 17:24
Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz və Salyan rayonlarında 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimində bəzi məhdudiyyətlər davam edəcək.

Supersport.Az xəbər verir ki, qərara əsasən bu müddətdə ölkəmizdə yenidən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi qadağan edilib.

Bu isə o deməkdir ki, Azərbaycan Premyer Liqasında 2020-2021 mövsümü AFFA-nın əvvəlcədən açıqladığı kimi, avqustun 21-də start götürməyəcək.

Xatırladaq ki, iyunun 1-dən Azərbaycanda açıq havada keçirilən idman yarışlarının təşkilinə icazə verilsə də, daha sonra koronavirusa yoluxma sayının sürətlə artmasına görə yenidən qadağalar qoyulub.

Digər xəbərlər