“Sabah” Ramil Şeydayevlə yeni müqavilə imzalayıb.
Supersport.Az klub saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi millimizin hücumçusuyla 1 il sözləşmə imzalayıb. Şeydayevin növbəti mövsüm də “Sabah”da çıxış edəcəyi bildirilib.
Xatırladaq ki, 24 yaşlı forvard bu ilin fevralından Bakı klubunda forma geyinir.