"Sabah" "Sumqayıt"ı da məğlub etdi

"Sabah" "Sumqayıt"ı da məğlub etdi
Futbol
31 İyul 2020 - 12:06

Qəbələdə dünən yarımçıq dayandırılan "Sumqayıt" - "Sabah" yoxlama oyunu bu gün davam etdirilib.


Güclü leysan səbəbindən qarşılaşma təxirə düşmüşdü. 


Dünən ilk hissəsi 0:0 hesabıyla başa çatan oyunun ikinci taymı bu gün oynanılıb.



"Sabah" Slavik Alxasovun qoluyla "Sumqayıt"ı məğlub edib.



Qeyd edək ki, "Sumqayıt" bunadək Avropa Liqasında digər təmsilçimiz "Neftçi"yə böyük hesabla uduzmuşdu - 0:3.

"Sabah" isə ilk görüşdə Çempionlar Liqasında yarışacaq "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib.


Digər xəbərlər