”Qarabağ” “Neftçi”ni məğlub etdi

”Qarabağ” “Neftçi”ni məğlub etdi
Futbol
31 İyul 2020 - 21:29
Supersport.Az-ın məlumatına görə, bu gün Çempionlar Liqasında təmsilçimiz “Qarabağ” Avroliqada yarışacaq “Neftçi”ylə yoxlama oyunu keçirib.

Qəbələdə baş tutan qarşılaşmada Ağdam klubu Bədavi Hüseynovun qoluyla qələbə qazanıb.

Oyunu 32 yaşlı FİFA referisi Əliyar Ağayev idarə edib.

19:30 "Qarabağ" – "Neftçi" - 1:0


Qol: Bədavi Hüseynov, 50

Qəbələ şəhər stadionu

53-cü dəqiqədə "Qarabağ"dan Filip Ozobiç penaltini dəqiq yerinə yetirə bilməyib.

Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bundan əvvəl keçirdiyi yoxlama oyunlarında “Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib, “Sabah”a isə 1:2 hesabı ilə məğlub olub. Avroliqa təmsilçimiz “Neftçi” isə “Sumqayıt”ı 3:0 hesabı ilə udub.

 

Digər xəbərlər