Türkiyə kubokunun final qarşılaşması keçirilib.
Supersport.Az xəbər verir ki, həlledici oyunda “Trabzonspor”la “Alanyaspor” klubları üz-üzə gəlib.
İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilən görüşdə Trabzon klubu 2:0 hesabı ilə qələbə qazanaraq tarixində 9-cu dəfə ölkə kubokunu qazanıb.
29 iyul
“Trabzonspor” – “Alanyaspor” – 2:0
Qollar: Ömür, 25, Sorlot, 90+10