"Qarabağ"la avrokuboklarda yaxşı nəticələr qazanacağıq"

"Qarabağ"la avrokuboklarda yaxşı nəticələr qazanacağıq"
Futbol
27 İyul 2020 - 17:48



"Qarabağ"ın yeni transferi Uroş Matiç fikirlərini bildirib.

Supersport.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Ağdam klubuna keçidi ilə bağlı danışıb:

"Burada olmaqdan məmnunam. "Qarabağ" konkret təklif göndərdi və məni gətirmək üçün hər şey etdi. Komanda çox yaxşı təşkilatlanıb. Oyunların başlamasını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, çempionat və avrokuboklarda yaxşı nəticələr qazanacağıq" (telegraf.rs).

“Qarabağ” serbiyalı futbolçu ilə 2+1 illik müqavilə bağlayıb.



Digər xəbərlər