"Qarabağ"dan 4-cü transfer - Foto

"Qarabağ"dan 4-cü transfer - Foto
Futbol, Foto
26 İyul 2020 - 12:12

"Qarabağ" növbəti transferi reallaşdırıb.


Supersport.Az-ın xəbərinə görə, Azərbaycan təmsilçisi Kiprin Apoel klubundan yarımmüdafiəçi Uroş Matiçi heyətinə cəlb edib.

Klub rəsmi sosial şəbəkə hesablarından serb orta xətt oyunçusunun "Qarabağ" forması ilə şəklini paylaşıb. Matiç 8 nömrə altında çıxış edəcək.

Daha öncə yayılan xəbərə görə, 30 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanması nəzərdə tutulurdu.

Xatırladaq ki, klub bu yay daha əvvəl Donald Gerye, Emil Balayev və Kevin Medinanı transfer edib.

 

Digər xəbərlər