Kipr - Azərbaycan oyununun stadionu məlum oldu

Kipr - Azərbaycan oyununun stadionu məlum oldu
Futbol
24 İyul 2020 - 21:48
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Kipr yığmasının ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Supersport.Az xarici mətbuata istinadən xəbər verir ki, komanda rəqiblərini paytaxt Nikosiyadakı GPS stadionunda qəbul edəcək.

Qeyd edək ki, Kipr yığması sentyabrın 8-də evdə millimizlə qarşılaşacaq. Canni De Byazinin baş məşqçi olduğu yığmamız Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək.

Digər xəbərlər