Mirça Luçesku “Dinamo”ya gətirildi

Mirça Luçesku “Dinamo”ya gətirildi
Futbol
23 İyul 2020 - 16:54
Supersport.Az-ın məlumatına görə, Ukraynada daha əvvəl 12 il Donetsk “Şaxtyor”unu çalışdıran Mirça Luçesku Kiyev “Dinamo”sunun baş məşqçisi olmağa razılıq verib.

Təcrübəli mütəxəssis buna şad olduğunu bildirib:

“Ukrayna üçün çox darıxmışdım. Burada uğurlu illər keçirmişəm. “Dinamo”da da zəfərlər qazanacağıma ümid edirəm. Mənə inandığı üçün klub rəhbəri Surkisə təşəkkürümü bildirirəm”.

Rumın məşqçiylə 2+1 illik müqavilə imzalanıb.

“Dinamo”nun prezidenti İqor Surkis açıqlamasında dünyanın ən yaxşı mütəxəssislərindən birini gətirdiklərini, uğurlu günlərə qayıdacaqlarına inandığını vurğulayıb.

 

 

Digər xəbərlər