"Neftçi"nin keçmiş vitse-prezidenti koronavirusdan vəfat etdi

"Neftçi"nin keçmiş vitse-prezidenti koronavirusdan vəfat etdi
Futbol
11 İyul 2020 - 22:40
"Neftçi"nin sabiq vitse-prezidenti İlqar Quluzadə vəfat edib.

Supersport.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb. "Neftçi" sabiq vitse-prezidentinin vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Klubun sabiq həkimi, hazırda Azərbaycan Cüdo Federasiyasında çalışan Rəhim Məhərrəmov isə sosisl hesabında İ.Quluzadənin koronavirusdan vəfat etdiyini yazıb.

Qeyd edək ki, İ.Quluzadə 2008-ci ilin iyununadək "Neftçi"də icraçı direktor, 2009-cu ilin sentyabrınadək isə vitse-prezident vəzifələrində çalışıb.

Digər xəbərlər