"Sabah"dan 4-cü transfer

"Sabah"dan 4-cü transfer
Futbol
25 İyun 2020 - 16:53
"Sabah" heyətini yeni futbolçuyla gücləndirib.

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi Slavik Alxasovla 2+1 illik müqavilə bağlanıb.
27 yaşlı futbolçu karyerası ərzində "Sumqayıt" (2011-2013, 2014-2016), "Xəzər Lənkəran" (2014) və "Keşlə" (2016-2020) klublarında çıxış edib.

Xatırladaq ki, "Sabah" daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin keçidini rəsmiləşdirib.

Digər xəbərlər