"Keşlə"dən ikinci transfer

"Keşlə"dən ikinci transfer
Futbol
25 İyun 2020 - 00:20


"Keşlə" yeni mövsüm üçün ikinci transferini həyata keçirib.

Supersport.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Şəhriyar Əliyevi heyətinə cəlb edib. 27 yaşlı müdafiəçinin  yeni mövsümdən etibarən komandanın şərəfini qoruyacağı bildirilib. Lakin müqavilənin müddəti açıqlanmayıb.
"Bakı", "Qarabağ" və "Kəpəz"də oynamış futbolçunun son klubu "Sumqayıt" olub.

Xatırladaq ki, "Keşlə" bundan əvvəl "Neftçi"dən ayrılan Tural Axundovu da transfer edib.


Digər xəbərlər