Rəşad Sadıqov karyerasını bitirdiyini açıqladı - Video

Rəşad Sadıqov karyerasını bitirdiyini açıqladı - Video
Futbol, Video
22 İyun 2020 - 17:03
Supersport.Az karyerasını bitirdiyini açıqlayan "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun fikirlərinin videogörüntüsünü təqdim edir.


Təcrübəli futbolçu, azarkeşləri təbrik edib:

"Qarabağ" azarkeşləri, ailəsini təbrik edirəm. Sonluq ağır, gərgin, çətin oldu: ümumiyyətlə, çempionatın sonu olmadı. Bu, yeni praktikaydı. Şükürlər olsun ki, yarışda xal fərqiylə üstün olmağımız bizə çempionluğu qazandırdı".

R.Sadıqov futbolçu karyerasını başa vurduğunu bildirib.

Qeyd edək ki, R.Sadıqov peşəkar futbolçu karyerasına 2000-ci ildə "Turan"da başlayıb. Sadıqov "Neftçi", "Fulad" (İran), "Kayserispor", "Kocaelispor" və "Eskişehirspor"da (hamısı Türkiyə) da oynayıb. 38 yaşlı müdafiəçi 2009-2010-cu illər və 2011-ci ildən indiyə kimi "Qarabağ"da çıxış edirdi.

Digər xəbərlər