Zidan üçün əlamətdar oyun

Zidan üçün əlamətdar oyun
Futbol
15 İyun 2020 - 14:01
"Real”ın baş məşqçisi Zinəddin Zidan Madrid klubunun çalışdırıcıları arasında qələbə sayına görə ikincidir.

Supersport.Az xəbər verir ki, fransalı mütəxxəsis bu göstəriciyə La Liqanın 28-ci turunda “Eybar” üzərində qələbə (3:1) ilə nail olub.

Bu, “Real”ın Zidanın rəhbərliyi ilə 90-cı qələbəsidir. Zidan bununla da Leo Benhakkeri (89) qabaqlayıb və yalnız Migel Munosdan (257) geri qalır.

Qeyd edək ki, “Real” Zidanla 200 oyunun 132-də qalib gəlib.

Digər xəbərlər