"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov idman jurnalisti Anar Cəfərsoya başsağlığı verdi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov idman jurnalisti Anar Cəfərsoya başsağlığı verdi
Futbol
31 May 2020 - 16:31
Dünya koronavirus qarşısında aciz qalsa da, xəstəliyin dəqiq dərmanı tapılmasa belə mübarizə davam edir. Bu istiqamətdə müsbət məqamlar da vardır ki, insanları müalicə etmək olur. Ölkəmizdə də bu istiqamətdə işlər görülür. Koronavirus bütün sahələrlə yanaşı, idmana da şok təsir edib.
Supersport.Az portalının təsisçisi, baş redaktoru Anar Cəfərsoy koronavirusa yoluxub, iki həftədir müalicə olunur. İdman jurnalistinin 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də bu pandemiyadan vəfat edib.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Supersport.Az-ın rəhbəri Anar Cəfərsoya zəng edərək, anasıyla bağlı başsağlığı verib, Allahın mərhuməni cənnətlik etməsini arzulayıb.
Təcrübəli mütəxəssis, idman jurnalistinin səhhətiylə maraqlanıb, tezliklə şəfa tapmasını diləyib. Baş məşqçi, baş redaktora hərtərəfli dəstək verməyə hazır olduqlarını bildirib.
İdman jurnalisti, "Qarabağ"ın dünya miqyasında ölkəmizin təbliğində müstəsna xidmətləri olduğunu, ölkədə koronavirusla mübarizədə də klubun böyük işlər gördüyünü qabardaraq, buna görə dərin təşəkkür edib.
Məlumat üçün bildirək ki, baş redaktora "Qarabağ", "Neftçi", "Sabah", "Zirə", "Sumqayıt" klubları, Peşəkar Futbol Liqası, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan İdman Jurnalistləri Federasiyasının rəhbəri Qabil Mehdiyev, başqa idman qurumları başsağlığı, həmçinin hərtərəfli dəstək veriblər.

Digər xəbərlər