"Qarabağ"ın qolkiperi ayrılmaq istəyində: "Bəzi klublardan təklif almışam"

"Qarabağ"ın qolkiperi ayrılmaq istəyində: "Bəzi klublardan təklif almışam"
Futbol
03 May 2020 - 10:42
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın qapıçısı Vaqner da Silva komandanı tərk edə bilər.

Braziliyalı qolkiperlə Kiprin "Apollon", "Apoel" klubları maraqlanır. Bildirilir ki, hətta bu klublardan biri onunla ilkin danışıqlara da başlayıb.

"Qarabağ"ın qapıçısı isə bir çox klublardan təklif aldığını təsdiqləyib:

"Apoel" məni sıralarında görmək istəyir. Artıq mənə müraciət də ediblər. Hazırda danışıqların başlanğıc mərhələsindəyik. Bundan başqa, Yunanıstanın "Panatinaikos" klubu da mənimlə müqavilə bağlamaq istəyir. Ad çəkmək istəmirəm, Braziliya və Portuqaliyanın bəzi klublarından da təklif almışam. Hazırda isə yeni mövsüm barədə yox, koronavirusla bağlı vəziyyətdən nə vaxt çıxacağımızı düşünürəm".

Qeyd edək ki, Vaqnerin “Qarabağ”la müqaviləsi bu yay başa çatır.

Digər xəbərlər