İranda qiyam: "Traktor" da çempionatdan imtina etdi

İranda qiyam: "Traktor" da çempionatdan imtina etdi
Futbol
30 Aprel 2020 - 15:43

Supersport.Az-ın məlumatına görə, İranda 4 futbol klubu federasiyaya müraciət edərək çempionatın davam etdirilməməsini tələb edib. Buna səbəb koronavirusun vüsət alması göstərilib.


Cənubi Azərbaycanın klublarından "Traktor", "Maşinsazi", həmçinin "Gol Gohar", "Nassayi" çempionatın ləğv olunmasının vacibliyini vurğulayaraq, meydana çıxmaq istəmədiklərini bəyan ediblər. Bəzi komandalar qalan 10 oyunu keçirmək istəyir.



İran Futbol Federasiyası yaxın günlərdə çempionatla bağlı qərar verəcək.


Digər xəbərlər