UEFA 200 milyon avro ayırdı: Azərbaycan da siyahıda

UEFA 200 milyon avro ayırdı: Azərbaycan da siyahıda
Futbol
23 Aprel 2020 - 17:04
Supersport.Az-ın məlumatına görə, UEFA ümumilikdə 200 milyon avro ödəyəcək.

Qitə qurumunun İcraiyyə Komitəsi koronavirus epidemiyasının futbola zərbə vurduğunu nəzərə alaraq, maddi yardım ayırmağa qərar verib.

UEFA 130 milyon avronu Avro-2020-nin final mərhələsində iştirak edəcək klubların futbolçularına görə verəcək.

55 üzv ölkədən 676 komandaya 70 milyon avro ödəniləcək.

2018-20 dönəmi üçün futbolçularının Avropa seçmə yarışları, Millətlər Liqasında iştirakına əsasən, klublara 3200 avrodan 630 min avroyadək ödəmələr edəcək.










Digər xəbərlər