UEFA prezidentindən çempionatlarla bağlı açıqlama

UEFA prezidentindən çempionatlarla bağlı açıqlama
Futbol
21 Aprel 2020 - 00:59
"Əsas odur ki, oyunçular, məşqçilər və azarkeşlər sağlam qalsın. Liqaların bərpa edilib, başa çatdırılmasına inamım var".

Supersport.Az xəbər verir ki, UEFA-nın prezidenti Aleksandr Çeferin "Corriere della Sera"ya açıqlamasında belə deyib.

O, çempionatları bərpa etməyə çalışdıqlarını bildirib.

"Azarkeşlər olmadan da davam edə bilərik. Ən önəmli olan çempionatları bərpa etməkdir. Belə günlərdə insanlara az da olsa sevinc bəxş ediləcək. Azarkeşsiz oynamaq futbolsuz qalmaqdan yaxşıdır. Bu durum müvəqqətidir və zamanla həyat axarına düşəcək. Buna əminəm.

Əgər cavabdehlər "yaşıl işıq" yandırsa, məşqlər bərpa edilə bilər. Oyunların bərpası üçün bir müddət vaxt lazımdır və bunu müzakirə etməliyik. Mövsümün başa çatdırılmayacağını indidən söyləmək tezdir. Əgər tez qayıtsaq, avrokuboklar və yerli liqalar paralel davam edəcək. Turnirləri oktyabr, noyabrda başa çatdırmaq mənə qəribə gəlir. Əgər bu, baş versə, gələn mövsümə təsiri olacaq".

Digər xəbərlər