"Azərbaycanda koronavirusla mübarizədə qaydalar sərtdir"

"Azərbaycanda koronavirusla mübarizədə qaydalar sərtdir"
Futbol
18 Aprel 2020 - 15:47
"Qarabağ"ın futbolçusu Miçel Madeyra Azərbaycanda koronavirusla bağlı durumla bağlı fikirlərini bildirib.

Supersport.Az xəbər verir ki, ispan futbolçu ölkəsinin "lavozdeasturias" nəşrinə açıqlamasında burada 1100-dən çox insanın koronavirusa yoluxduğunu deyib:

"Aprelin 20-dək evdə qalmalıyıq. Ərzaq almaq üçün gündə yalnız iki saat çölə çıxa bilərik. Bunu edərkən sms göndərməliyik. Koronavirusla mübarizədə qaydalar sərtdir, hər şeyin düzələcəyinə ümid edirəm".

İspaniyalı legioner ölkəsinin də ağır vəziyyətdən çıxmasını arzulayıb:

"İspaniyadan görmək istədiyim - ölkəmin çox yaxşılaşmasıdır. Ümid edirəm ki, hər şey daha az ölümlə həll olacaq. Məşqə və futbola ən qısa vaxtda qayıtmaq hamımızın istəyidir".

Digər xəbərlər